Ölkə futbolu
Sadıqovun rekordunu Sadıqov qırır
Millimizin sabiq müdafiəçisi, “Qarabağ”ın k…
Millimizin sabiq müdafiəçisi, “Qarabağ”ın kapitanı Rəşad Sadıqov U-21-ə rəsmi təyinat aldı. 35 yaşlı mütəxəssis yığmanı AVRO-2019-un seçmə mərhələsinin ikinci yarısına hazırlayacaq. İlk 5 matçda bərbad çıxış edib, cəmi 1 xal toplayan komandanın durumunu yaxşılaşdırmaq gənc çalışdırıcının üzərinə düşür.
Məşqçilik təcrübəsi “Qarabağ”ın U-19 komandasındakı ilyarımlıq fəaliyyətdən ibarət olan Rəşad bu qısa müddətdə müəyyən uğur qazanıb. Komandasını U-19 Liqasının qalibi edən məşqçi, Gənclər Liqasının Çempionlar Liqası yolunda Azərbaycan üçün ilk qələbənin memarı olub.
Sadıqovun yeni komandada – U-21-də rəsmi debütü isə gələn il gerçəkləşəcək. Onun rəhbərlik etdiyi yığma 2018-ci il martın 23-də AVRO-2019-un seçmə mərhələsində növbəti sınağına çıxacaq. Millimiz səfərdə Kosovo ilə görüşəcək.
Kosovodakı qarşılaşma yığma tarixində yeni rekordla əlamətdar olacaq. Belə ki, Rəşad U-21-i seçmə oyuna çıxaracaq ən gənc çalışdırıcı olacaq. Bu gün təyinatı rəsmiləşən məşqçinin rəsmi debütü 35 yaş 279 günlüyündə gerçəkləşəcək.
Sadıqov U-21-in seçmə mərhələlər tarixində 11-ci baş məşqçi olacaq. Bunadək ən gənc məşqçi rekordu Vaqif Sadıqova məxsus idi. “Qarabağ”ın müdafiəçisi vaxtilə rəhbərliyi altında da oynadığı mütəxəssisin rekordunu 82 gün yeniləyəcək (apasport.az).
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar