Ölkə futbolu
“Kəpəz”də baş məşqçi istefaları
“Kəpəz”in aşağı yaş qrupları üzrə komandalar?…
“Kəpəz”in aşağı yaş qrupları üzrə komandalarında baş məşqçi istefaları yaşanıb.
Futbolinfo.az “Sport24”ə istinadən xəbər verir ki, əsas diqqətçəkən dəyişiklik əvəzedicilərdən ibarət kollektivlə bağlıdı.
Belə ki, əvəzedicilərin baş məşqçisi Azər Məmmədov postundan kənarlaşdırılıb. Onunla yanaşı, köməkçisi Vasif Vəliyev də komandadan gedib.
Klub rəhbərliyi U-19 komandasının baş məşqçisi Ceyhun Əhmədovu da istefaya göndərib. Onun köməkçisi Fuad İsmayılov da işdən çıxarılıb.
Xatırladaq ki, əvəzedicilərin baş məşqçisi A.Məmmədovun hələ əsas komandanın baş məşqçisi Şahin Diniyev istefa verdiyi vaxt postundan getdiyi barədə xəbərlər yayılmışdı.