Dünya futbolu
“İnter” ilk məğlubiyyətini aldı, “Napoli” və “Roma” qalib gəldi – VİDEOLAR
Futbol üzrə İtaliya A Seriyasında 17-ci tura start verilib.
…
Futbol üzrə İtaliya A Seriyasında 17-ci tura start verilib.
Futbolinfo.az xəbər verir ki, turun ilk matçında lider “İnter” “Udineze”ni qəbul edib. Milan təmsilçisi bu oyunda cari mövsümdəki ilk məğlubiyyətinə üzülüb.
“Neradzurra”nın ən yaxın izləyicisi “Napoli” də ilk oyun günündə meydana çıxlb. Neapol təmsilçisi Turində “Torino”nun qonağı olub. Liderin xal itkisindən maksimum yararlanan "Napoli" zirvəni ələ keçirib.
Liderlər qrupunda qərarlaşan daha bir komanda – "Roma" da doğma meydanda "Kalyari" ilə üz-üzə gəlib. Matç meydan sahiblərinin çətin qələbəsiylə başa çatıb.
İtaliya A Seriyası
17-ci tur
16 dekabr
İnter – Udineze 1:3
Qol: İkardi, 15 – Lasanya, 14. De Paul, 61-pen. Barak, 77.
Torino – Napoli 1:3
Qol: Belotti, 63 – Kulibali, 4. Zelinski, 25. Hamşik, 30.
Roma – Kalyari 1:0
Qol: Fasio, 90+2.
17 dekabr
15:30 Verona – Milan
18:00 Bolonya – Yuventus
18:00 Krotone – Kyevo
18:00 Fiorentina – Cenoa
18:00 Sampdoriya – Sassuolo
21:00 Benevento – SPAL
23:45 Atalanta – Latsio
–
–