Bizi izləyin

Ölkə futbolu

Danışılmış oyunlar İcraiyyə Komitəsində müzakirə olunacaqmı?

AFFA İcraiyyə Komitəsinin sabahkı iclası təkcə milli məşq&cce…

blank
AFFA İcraiyyə Komitəsinin sabahkı iclası təkcə milli məşqçilərinin təyinatı ilə əlamətdar olmamalıdı. Danışılmış oyunlar və futboldan ömürlük uzaqlaşdırılan 3 nəfərin taleyi, eləcə də araşdırılmaların davamı müzakirə mövzusuna çevrilməlidi.
 
“Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundovun təşəbbüsü ilə başlayan və böyük səs-küyə səbəb olan olaylarda durğunluq dövrünü yaşayırıq. Ya Axundov susdurulub, ya da hansısa imtiyazlar aldığı üçün özü susub və qələbəsinin keyfini yaşayır. Halbuki problem həqiqətən ciddi idisə, araşdırma davam etdirilməliydi. Əks halda, Nizami Hacıyev, Mirhüseyn Seyidov və Ağakişi Mehdiyev qurban seçilməməliydi. Olayların miqyası böyük deyilsə, bu 3 nəfər yüngül cəzaya layiq bilinməliydi, amma belə məsləhət olmayıbsa, deməli, növbəti günahkarlar da üzə çıxarılmalıdı.
 
AFFA susur, gözləyir, sanki olayların unudulmasını istəyir. Çünki şəbəkə çox genişdi. Cəzalar sıralandıqca yeni faktların üstü açılır, elə klublar, elə adamlar hədəfə düşür ki, onları təmizləmək, cəzalandırmaq qarşısıalınmaz fəsadlar verə bilər. Bu səbəbdən olayların yatırılması vacibdi. Elə Axundov da buna razıdı. O, danışılmış oyunlarla bağlı riskə getmiş, böyük oyun oynamışdı. Dividendlər əldə etdi, “Keşlə”yə maliyyə xətti ayırıldı, Zaur bəyin əl-qolu açıldı. Lakin o, burada dayanmağa məcburdu, irəli getsə, ya çox adamların ifşasına səbəb olacaq, ya da özü də vurulacaqdı.
 
Ölkə kubokunu ¼ final oyunlarının nəticələri mənim üçün çox şübhəlidi. AFFA sanki olayları sakitləşdirmək üçün plan cızdı. Neçə vaxtdı narazılığını ifadə edən “Qəbələ”nin titul yolunu açmaq üçün sanki “Qarabağ” qurban verildi. Düzdü, bu komanda finala kimi hələ “Neftçi”ni də keçməlidi. Hansı ki, bakılıların da “Zirə” üzərində qələbəsinə şübhələrim var. Amma indiki halda, aprelə kimi narazıların səsi kəsilib. Yarımfinalın nəticəsi daha çox həmin vaxtkı situasiyadan asılı olacaq. O zaman “Qəbələ” və ya “Neftçi” seçimi başqa amillərdən də asılı olacaq.
 
“Keşlə” yarımfinala öz gücü ilə yüksəldi. Amma buradakı rəqib “Qarabağ” olsaydı, ümidsizlik yaranardı. İndiki halda isə 4 komandanın hamısının düzgün hazırlaşıb titulu əldə etmək şansı var. Sanki “Qarabağ” və “Zirə” kabinet göstərişləri ilə təslim oldu, onlara avrokuboklara vəsiqəni onsuz da qazanacaqları izah edildi və dayanmaları xahiş olundu.
 
Bütün bunlar ehtimaldı. Lakin matçsonrası reaksiyalardan da iddiamıza əminik. “Qarabağ” və “Zirə”nin düşərgəsində bu yenilgilər asan həzm edildi.
 
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin “Əmrah Çəlikələ demişdim ki, uduzacaqsız” açıqlaması xoş zarafat kimi qəbul edilə bilər, lakin zənnimcə, “Sumqayıt”la matç şou idi. Bir neçə ildən sonra bu matçla bağlı maraqlı açıqlamalara rast gəlsəz, təəccüblənməyin.
 
İndiki halda, bütün narazılar yarımfinaldadı və əbədi favorit “Qarabağ” yoxdu. Deməli, hamının kuboku qazanmaq şansı var, hamı da durumdan razıdı. AFFA-ya da belə sakitlik lazımdı. Danışılmış oyunlarla bağlı səs-küydən, başağrıdan sonra vəziyyəti sakitləşdirmək gərəkdi. Bu işdə maraqlı şəxs olan Axundov da kənara çəkilib, vəd edilən kubokun finalının planlarını cızır. Həm də “məğlub”, “bacarıqsız” imicinin təmizlənməsində əsas pay sahibi olan Ramiz Məmmədovla yox, kluba himayəçi gələn Elşad Nəsirovun tapşırdığı Yuri Maksimovla.
 
FİFA-dan, UEFA-dan gələn xəbərdarlıq məktubları isə bitib-tükənmir. İlk dalğanın qarşısı 3 nəfərin cəzalanmasıyla alındı, növbəti dəfə divizion klublarından hansısa qurban veriləcək. Beləcə daha iri balıqlar, daha doğrusu, balinalar qorunacaq.
 
Qalmaqal heç kimə lazım deyil. Nə AFFA, nə PFL rəhbərliyinə, nə də ümumiyyətlə, futboldankənar rəhbərlərə. Zaur Axundov bir həmlə ilə hər an aranın qarışa biləcəyini göstərdi, lakin dərinə gedə bilmədi. İndi vəziyyəti sakitləşdirir, sülh mühiti yaradırlar. Çində, Sinqapurda kontor açan adamlar isə öz işlərində olacaq. Futbolu elə buna görə monopoliyaya alıblar. Maraqlar toqquşanda Axundov kimi birisi çıxıb aranı qarışdıracaq, müəyyən imtuyazlar əldə edəcək və sakitləşəcək. “Karusel” isə həmişə fırlanacaq.
 
İcraiyyə Komitəsinin gündəliyi hələ də açıqlanmayıb. Güman ki, AFFA rəhbərliyi danışılmış oyunlar məsələsinə ya toxunmamağı planlaşdırır, ya da müzakirələr elə qurulacaq ki, iş yalnız sadəcə, münasibət bildirməklə yekunlaşacaq. Sabahı gözləyək…
 
CAVAD
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-05 01:35

“Real” 36-cı çempionluğunu rəsmiləşdirdi

blank
Dünya futbolu2024-05-05 01:22

“Monako”dan darmadağın

blank
Dünya futbolu2024-05-05 01:04

“İnter”i məğlub edən tapıldı

blank
Dünya futbolu2024-05-05 00:45

“Ştutqart” “Bayern”ı məğlub yola saldı

blank
Digər idman növləri2024-05-05 00:23

Azərbaycan cüdoçularından Göygol Avropa Kubokunun ilk günündə 10 medal

blank
Dünya futbolu2024-05-05 00:05

Liderlərdən darmadağın

blank
Dünya futbolu2024-05-04 23:38

Şahruddinin komandasından səfər qələbəsi

blank
Premyer-liqa2024-05-04 23:05

“Neftçi”yə qarşı hamı istəkli oynayır” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-04 22:58

“Səhvlərimiz kifayət qədər çox idi” – Bojoviç

blank
Ölkə futbolu2024-05-04 22:43

“Qarabağ” Bəhlulla yeni müqavilə bağladı

blank
Premyer-liqa2024-05-04 22:10

“Qarabağ”dan “Neftçi”yə 5 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2024-05-04 21:21

“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-05-04 21:00

Rahil Məmmədovun komandası yenə uduzdu

blank
Premyer-liqa2024-05-04 19:52

“Kəpəz”lə “Sumqayıt”ın heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2024-05-04 19:10

Adil Şükürov: “Vəziyyəti bu həddə “Sumqayıt” tərəfi çatdırdı” – VİDEO

blank
Premyer-liqa2024-05-04 18:59

Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO

blank
Premyer-liqa2024-05-04 18:23

“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə

blank
Digər idman növləri2024-05-04 17:42

Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb

blank
Digər idman növləri2024-05-04 17:20

Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

blank
Digər idman növləri2024-05-04 17:01

Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazandı

blank
Digər idman növləri2024-05-04 16:47

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb

blank
Digər idman növləri2024-05-04 16:34

Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib

blank
Ölkə futbolu2024-05-04 16:18

Yunanov bu gün mükafat alacaq

blank
Digər idman növləri2024-05-04 16:00

Bakıdakı Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

blank
Milli komanda2024-05-04 15:39

Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu

blank
Digər idman növləri2024-05-04 15:20

“Bakı Marafonu-2024”ə görə bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq

blank
Ölkə futbolu2024-05-04 14:46

“Kəpəz”də 4 itki

blank
Ölkə futbolu2024-05-04 14:03

“Kəpəz”in elitada qalması yeni imkanlar yaradacaq” – Millət vəkili

blank
Digər idman növləri2024-05-04 13:22

Millimizdən Avropa kubokunda bürünc medal

blank
Dünya futbolu2024-05-04 12:36

Renat Dadaşovun komandasında yeni baş məşqçi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm