Ölkə futbolu
Elxan Məmmədov: “Onlar stadionlarımızla bağlı mənfi rəy verdilər”
AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından…
AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra federasiyanın baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlaması zamanı ölkədəki stadionların durumu haqda məlumat verib.
Futbolinfo.az xəbər verir ki, baş katib Hollandiyadan gələn nümayəndələrin meydançaların durumu ilə bağlı mənfi rəy verdiyini deyib:
“Əslində, meydançalarımız iki gündən bir laborotoriyadan keçirilir və müntəzəm dəyişirik. Hollandiyadan nümayəndələr gəlmişdi, yoxlayıb mənfi rəy verdilər. Biz də Bayıldakı stadionun ot örtüyünü dəyişdik.
Klublara deyilib ki, məktub yazın, biz depodan lazım olan ləvazimatları çıxaraq. AFFA adından hədiyyə də versəm, bunun mədaxili yazılmalıdı. İstəmirik ki, sabah audit gələndə desin ki, 100 top hardadı? Bizim turnirlərdə iştirak edən komandalar məktub yazsınlar. Bu yaxınlarda bir təşkilat yazdı ki, bizə 100 top lazımdı. Dedik ki, məktub yazın, amma bir xəbər çıxmadı”.