Bizi izləyin

Ölkə futbolu

Konfransda deyilənlər və gördüyümüz rakurs…

AFFA İcraiyyə Komitəsinin (İK) bu il son iclası da baş tutdu. Ge…

blank

AFFA İcraiyyə Komitəsinin (İK) bu il son iclası da baş tutdu. Gecikən toplantıda müzakirə olunanların protokol gündəliyi AFFA-nın rəsmi saytında təqdim edilməsə də, aşağıdakı bəzi qərarlar verilib:

1. Azərbaycan yığma komandalarının baş məşqçisi vəzifəsinə təyinatlar təsdiq olunsun:

– U-21 və U-20 – Rəşad Sadıqov
– U-19 – Vüqar Məmməd
– U-18 – Zaur Həşimov
– U-17 – Ramin Quliyev

2. FIFA-nın göstərdiyi maliyyə yardımı hesabına Sumqayıt şəhər stadionunun ərazisində 2 ədəd, Bakı Olimpiya Stadionunun ərazisində 1 ədəd təbii ot örtüklü standart ölçülü meydan salınsın

3. Nailə Rüstəm-zadə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin sədri təyin olunsun

İclasda həmçinin “Futbol oyunlarının nəticəsinin manipulyasiyası faktları” və “Region Liqası” turniri ilə bağlı xüsusi tэqdimatın müşayiəti ilə məlumat verilib.

*   *   *

Manipulyasiya söhbətinə qayıdacağıq. Sizə günün panoramını müşahidə etdiyimiz rakursdan çatdırmağa çalışacağıq.

Hiss olunurdu ki, "Bayıl Arena" tədbir gününə xüsusi hazırlaşmışdı. Ancaq bu da alabəzək…

Bazanın 3-cü mərtəbəsinin təmirinin təqdimatı – jurnalistlərin həmin mərtəbəyə müşahidə üçün dəvəti ilə baş tutdu. Bura "Bayıl Məşq Mərkəzi" kimi millilərin və "Səbail"in istismarında olacaq.

İkinci mərtəbə ilə üçüncü mərtəbənin fərqi çox böyük idi. Bəzən məşqçilərin oyunsonrası mətbuat konfransında dediyi söhbətə oxşar: İki fərqli mərtəbə izlədik. Biri təmirsiz, biri təmirli.

Hətta çöldən də bazanın üçüncü mərtəbəsi başqa rəngə boyanmışdı.

Yığma məhz belə yerdə qalacaq. Anormallıq…

Bu da ölkə futbolunda hər şeyə yanaşmanın mahiyyətini göstərən incə detallardan biridir.

*      *      *

Sonra İK-nın iclası bitdi. AFFA prezidenti Rövnəq Abdullayev, qurumun baş katibi Elxan Məmmədov və milliyə baş məşqçiliyi bu iclasda rəsmən təsdiqlənən Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı başladı. Əvvəlcə bütün suallar Abdullayevə yönəldi. Ki, o, tez gedəcəkdi. Qurbanovla Məmmədova isə suallar çox olacaqdı. Abdullayev 25 dəqiqəyədək sual-cavabdan sonra konfransı tərk elədi, daha sonra uzun-uzadı söhbətləşmə oldu. Həm baş katib, həm də baş məşqçi bütün suallara tam, dolğun cavablar verirdi. Ancaq hansının daha səmimi olduğunu səmimiyyətimizə inanırsınızsa, oxuyun.

Əlbəttə ki, Qurbanov həmişəki kimi, daha səmimi idi. Onun bu konfransda deyəcəkləri strateji əhəmiyyətli məqamlar kimi – diqqətimizdən yayınmamalıdı, hər detala xırdalığınadək əhəmiyyət verməliydik. Bəli, Qurbanov heç bir sualı dolayısıyla cavablamadı. Kifayət qədər açıq fikirlər, aydın cavablarla qarşıda nə işlər görəcəklərini, nələri planlaşdırdıqlarını dedi. Məmmədov isə adətən istifadə etdiyi ənənəvi taktikasına bu dəfə də əl atmalı oldu.

Məsələn, o, hiss edirdi ki, yanındakı şəxs Qurbanovdur. Onun bu posta gəlişi subyektiv istəklərə, naməlum səbəblərə yox, konkret böyük uğura əsaslanır. Üstəlik o, xarakterli biridir. Həm də mətbuatda ona qarşı ciddi inam və hörmət formalaşıb. Beləliklə, arxalı-dayaqlı bir şəxslə yanaşı oturan Məmmədovun yanındakından daha əmin, daha qətiyyətli çıxış edə bilməməyinin səbəbləri də yox deyil. Çünki aşağı yaş qruplarından tutmuş, AFFA nəzdindəki infrastruktur layihələrində çatışmazlıqlar, problemlərin səbəbi/kökü məhz onun manipulyativ siyasətinin nəticəsidir.

Məmmədovun söz xatirinə söz dediyini hiss eləməmək olmur. Adam açıq-aydın "yola verir". Bəzən polemikalıq epizod yarananda sırf konfransın "bazara" dönməməsi üçün buna getmirdik. Məsələn, uşaq liqalarındakı uzun zamandır davam edən xaotik durum, təxirəsalmaların faciəvi həddə düşməsi barədə sualımıza cavabı kimi…

*    *    *

Bilinən odur ki, Azərbaycan millisi yox, ümumi ölkə futbolu üçün yeni səhifələr açılacaq. Burda Qurbanov və "drujinası"na inam sonsuzdur. O, AFFA-dakılardan daha pis durumda iş görə-görə nəticələrini daim yaxşılaşdırıb, bu inam və hörməti qazanıb özünə qarşı. Ona görə də yazmağa çəkinmirik ki, bunlar tərif yox, olanların doğru ifadəsidir. Belə yazılardan bəzi futbol məmurları sui-istifadə edərək, "Bu məqaləni tərifçün yazıblar" kimi ifadələrlə fikir azdırmağa çalışırlar. Oxucularımız gözəl bilir, elə Qurbanovun tənqidi ən radikal şəkildə olub. Ancaq insan hər tənqiddən nəticə çıxaran, hər radikal suala təmkinlə cavab verən, daim öz üzərində çalışan, fərqli model ortaya qoyan biri kimi yüksəldi. İndi ədaləti pozmamalıyıq. Tərifə layiqli olana haqq elədiyini verməliyik. Bəli, xalqın da, medianın da ona və seçdiyi adamlara, sistemə inamı böyükdür.

Özünün də dediyi kimi, "Bizə futbolçu, yaxşı idmançıyla bərabər, həm də yaxşı insan, peşəkar mütəxəssislərin yetişməsi vacibdir". Bu ifadədə çox böyük mətləblər yatıb. Bəli, əgər sən inkişaf istəyirsənsə, ən əvvəl o işdə insan amili problemi olmamalıdır. Məmmədov, bu, o demək deyil ki, menecer sisteminə dost-tanış, ölkə futbolunun əhəmiyyətli postlarına tanıdıqlarınız… Yox, bu cür inkişaf olmayacaq. Olmadı da. İndi yeni səhifə açılır. Buna mane olmaq isə ən axmaq niyyət olardı…

Elçin Cəlilov, futbolpress.az

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Dünya futbolu2024-04-23 15:08

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

blank
Digər idman növləri2024-04-23 14:52

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

blank
Ölkə futbolu2024-04-23 14:38

Bakıda UEFA fitnes məşqçilik kursunun 1-ci modulu başlayıb

blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Digər idman növləri2024-04-23 13:47

Azərbaycan çempionatında ilk finalçı məlum oldu

blank
Dünya futbolu2024-04-23 13:33

Pioli “İnter”in gücünü etiraf etdi

blank
Digər idman növləri2024-04-23 13:16

Nadalın oyunu tarixə düşəcək

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm