Dünya futbolu
“Çelsi” yarımfinalda, MY mübarizəni dayandırdı – VİDEOLAR
Futbol üzrə İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsin?…
Futbol üzrə İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, son oyun günündə iki görüş baş tutub.
"Çelsi" doğma meydanda "Bornmut"la üz-üzə gəlib. Üç qolun qeydə alındığı görüşdə sevinən tərəf "zadəganlar" olub.
"Mançester Yunayted" isə səfərdə "Bristol"la qarşılaşıb. "Qırmızı şeytanlar" bu görüşdə gözlənilməz məğlubiyyətə üzülərək kubokda mübarizəni dayandırmalı olublar.
İngiltərə Liqa Kuboku
1/4 final
19 dekabr
Arsenal – Vest Hem – 1:0
Lester Siti – Mançester Siti 1:1 (penaltilər 3:4)
20 dekabr
Çelsi – Bornmut 2:1
21 dekabr
Bristol Siti – Mançester Yunayted 2:1
–