Ölkə futbolu
“Qarabağ” “Barselona”nı qabaqladı
Polşada 2017/18 mövsümünün ilk yarısında son ma…
Polşada 2017/18 mövsümünün ilk yarısında son matçların nəticələrinə əsasən, çempionatlarında lider olan komandaların xallarının orta göstəricisi açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, siyahıda Topaz Premyer Liqasında turnir cədvəlinə başçılıq edən “Qarabağ”ın da adı yer alıb.
Hazırda aktivində 37 xalı olan Ağdam klubu hesabatın nəticələrinə əsasən Avropada 2-ci olub. Hər oyuna 2,64 xal göstəricisinə malik olan Qurban Qurbanovun komandası siyahıda yalnız “Mançester Siti”dən (2,88) geri qalır. Üçüncü pillədə isə 2,63 xalla İspaniya nəhəngi “Barselona” qərarlaşıb.
Siyahıda sonuncu yeri isə Kosovonun "Lapi" klubu tutub – 1.89 xal.