Ölkə futbolu
Millimiz FİFA reytinqində ili 117-ci pillədə başa vurdu
FİFA dünya ölkələrinin yığma komandalarının yeni reyt…
FİFA dünya ölkələrinin yığma komandalarının yeni reytinq siyahısını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının bu gün açıqlanan siyahıdakı mövqeyi dəyişməz qalıb. Komandamız 281 xalla hazırda 117-ci pillədə qərarlaşıb.
İlk onluqda qərarlaşan komandaların da mövqeyində dəyişiklik baş verməyib: 1 (1). Almaniya – 1602; 2 (2). Braziliya – 1483; 3 (3). Portuqaliya – 1358; 4 (4). Argentina – 1348; 5 (5). Belçika – 1325; 6 (6). İspaniya – 1231; 7 (7). Polşa – 1209; 8 (8). İsveçrə – 1190; 9 (9). Fransa – 1183; 10 (10). Çili – 1162.
Qonşu Türkiyə yığması 42-ci pillədə qərarlaşıb. “Ay-ulduzlular”ın hesabında 735 xal var.
Bu ayın ən yaxşı göstəricisi 28 pillə irəliləyərək 157-ci sıraya yüksələn Vanuatuya məxsusdu. Ən pis göstəriciyə Nikaraqua imza atıb – 13 pillə geriləyən bu ölkə 119-cu sıraya düşüb.
Qeyd edək ki, FİFA növbəti cədvəlini gələn ilin yanvar ayında açıqlayacaq.