Milli komanda
Qurban Qurbanovun istefası qəbul olunmayıb
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqç…
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun AFFA İcraiyyə Komitəsinin üzvlüyündən istefası qəbul olunmayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə qol.az-a açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib. Onun sözlərinə görə, Q.Qurbanovun məsələsinə İK-in mart ayında keçirilməsi gözlənilən konfransında yenidən baxılacaq:
“Qurban Qurbanov İcraiyyə Komitəsindəki işini davam etdirəcək. İstefa məsələsinə İK-in növbəti ildəki iclasında yenidən baxılacaq”.
İK üzvləri Q.Qurbanovun komitədə davam etdirməsini uyğun sayıblar.
Qeyd edək ki, Q.Qurbanov millimizə baş məşqçi təyin olunduqdan sonra İcraiyyə Komitəsindən ayırılacağını bildirmişdi.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”