Dünya futbolu
La Liqa klubunda yeni baş məşqçi
İspaniyanın “Las Palmas” klubunun yeni baş məşq&ccedi…
İspaniyanın “Las Palmas” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisini bundan sonra Pako Xemes çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, klub rəhbərliyi ilə müddəti mövsümün sonunda bitəcək müqaviləyə imza atıb.
Qeyd edək ki, Pako “Las Palmas”ı 2010/11 mövsümündə də çalışdırıb. Onun son iş yeri isə Meksikanın “Krus Asul” komandası olub.
P.Xemes “Las Palmas”da 3 həftə öncə istefaya göndərilmiş Pako Ayestaranı əvəzləyib. Bu komanda La Liqanın cari mövsümündə 17 oyuna cəmi 11 xal toplayıb və 20 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu