Ölkə futbolu
"Neftçi"dən Barqas açıqlaması
"Neftçi” klubu futbolçusu Uqo Barqasın trans…
"Neftçi” klubu futbolçusu Uqo Barqasın transferi ilə bağlı Boliviyanın "Bluminq” klubundan rəsmi təklif almayıb.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubun mətbuat katibi Anar Şabanoğlunun “Sportnet”ə verdiyi məlumata görə, 31 yaşlı fransalı hücumçunun agenti bir neçə gün öncə müştərisinin ayrılmaq istəyi haqda "Neftçi”yə şifahi məlumat verib. Lakin rəsmi müraciət olmayıb: "Barqas rəsmi müraciət etsə, məsələyə baxılacaq. Onun bizimlə 2017/2018 mövsümünün sonuna qədər müqaviləsi var. "Neftçi”nin icazəsi olmadan, Barqas başqa kluba keçə bilməz”.
Qeyd edək ki, Uqo Barqas "Neftçi”yə məhz 2012-2013 və 2015 – 2017-ci illərdə çıxış etdiyi "Bluminq”dən keçib. Barqas bu ilin fevralında flaqmanla 1 illik müqavilə bağlayıb. Oktyabrda isə onun sözləşməsi cari mövsümün sonuna qədər uzadılıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza