Ölkə futbolu
Millimiz mövqeyini qorudu
Futzal üzrə milli komandaların yeni reytinq siyahısı aç…
Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının mövqeyi dəyişməz qalıb. Joze Alesionun çalışdırdığı millimiz yenə də 10-cu pillədə qərarlaşıb. Komandamızın hesabında 1452 reytinq xalı var.
Siyahıya Braziliya başçılıq edir. Bu ölkəni İspaniya və Rusiya izləyir.
Ümumiyyətlə, ilk “onluq”da qərarlaşan komandalar bunlardı:
1. Braziliya – 1931
2. İspaniya – 1878
3. Rusiya – 1740
4. Argentina – 1683
5. İran – 1625
6. İtaliya – 1607
7. Portuqaliya – 1600
8. Ukrayna – 1500
9. Qazaxıstan – 1488
10. Azərbaycan – 1452