Dünya futbolu
Klub prezidentinə ömürlük cəza
Türkiyə Futbol Federasiyası bu ölkənin 2-ci Liqasında m&…
Türkiyə Futbol Federasiyası bu ölkənin 2-ci Liqasında mübarizə aparan “Şanlıurfaspor” klubunun prezidenti Emin Yetimi ömürlük cəzalandırıb.
Futbolinfo.az xəbər verir ki, buna onun komandanın futbolçusu Mertcan Çamı döyməsi səbəb olub. TFF-nin İntizam Komitəsi (PFDK) bu davranışına görə Emin Yetimə 3 il 2 aylıq cəza və 180 min lirə cərimə kəsib. Cəzanın müddəti 3 ildən çox olduğu üçün klub prezidenti futboldan ömürlük uzaqlaşdırılıb.
Qeyd edək ki, Mertcan Çam dekabrın 6-da klubdan maaşını tələb etdiyi üçün yaranan mübahisə zamanı Emin Yetim və bəzi klub rəsmiləri tərəfindən döyülüb.