Ölkə futbolu
“Keşlə” Orxanı saxladı, Mirsahibi transferə çıxardı, Kamranla müqavilə imzalayır
"Keşlə" gənc futbolçusu Mirsahib Abbasovu transfer…
"Keşlə" gənc futbolçusu Mirsahib Abbasovu transferə çıxarıb.
Futbolinfo.az xəbər verir ki, bu haqda “Sport24”ə klubun icraçı-direktoru Rəmiş Malıyev məlumat verib. O, 24 yaşlı hücumçunun xidmətində maraqlı olmadıqlarını bildirib:
“Yollarımızı ayırdığımız futbolçular sırasında Mirsahib də var. Ancaq onun “Keşlə”ylə müqaviləsi olduğundan sərbəst şəkildə başqa kluba keçə bilməz. Özünə yeni klub taparaq keçidini bizimlə razılaşdırmalıdı”.
Keşləlilər bunadək İlkin Qırtmıov, Elnur Abdullayev və Samir Zərgərovla vidalaşıb. Ancaq qapıçı Orxan Sadıqlı komandada qalır. Bununu Malıyev də təsdiqləyib:
“Bəli, məsələ rəhbərlik səviyyəsində həll olunub. Orxan da qalmağa razıdı. Millimizin qapıçısı Kamran Ağayevin keçidini həll etsək də, bizə daha bir təcrübəli qapıçı lazımdı. Bu üzdən Orxan da bizə lazımdı. Kamranla tam anlaşmışıq və növbəti həftə rəsmi müqavilə imzalayacağıq”.