Dünya futbolu
İsrafilovlu “Ximnastik” yenə uduzdu
Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 20-ci turun…
Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 20-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Ximnastik” də növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Hueska” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Eddi də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə başladığı qarşılaşmanın 69-cu dəqiqəsində əvəzlənib. Bundan 7 dəqiqə öncə isə o, sarı vərəqə ilə cəzalanıb.
“Ximnastik" geridə qalan turlarda 21 xal toplayıb və hazırda 22 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-19 12:27
AFFA Tovuza elə bir hakim göndərib ki…
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq