Dünya futbolu
“Barselona” “Real”ı böyük hesabla məğlub etdi – VİDEOLAR
Futbol üzrə İspaniya La Liqasında bu ilin sonuncu – 17-ci turu…
Futbol üzrə İspaniya La Liqasında bu ilin sonuncu – 17-ci turuna yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, son oyun günündə bütün diqqətlər Madridə yönəlib. “Santyaqo Bernabeu” stadionunda “el klassiko” baş tutub. Əzəli rəqiblər – son çempion “Real” və hazırkı lider “Barselona” paytaxtda münasibətlərinə aydınlıq gətiriblər. Kataloniya təmsilçisi əzəli rəqibi üzərində səfərdə qazandığı inamlı qələbə sayəsində liderliyini daha da möhkəmləndirib.
Günün digər görüşlərində də meydan sahibləri uduzan tərəf olublar. "Valensiya" "Vilyarreal"a, "Deportivo" isə "Selta"ya "boyun əyib".
İspaniya La Liqası
17-ci tur
19 dekabr
Levante – Leqanes 0:0
20 dekabr
Xetafe – Las-Palmas 2:0
Qol: Kala, 6. Amat, 15.
Real Sosyedad – Sevilya 3:1
Qol: Martines, 17. Zubeldia, 76. Vela, 90 – Yedder, 44.
21 dekabr
Eybar – Jirona 4:1
Qol: İnui, 1; 54. Çarles, 10. Cordan, 90 – Kopovi, 26.
Alaves – Malaqa 1:0
Qol: El Haddadi, 61.
22 dekabr
Betis – Atletik 0:2
Qol: Qarsiya, 36-pen. Feddal, 85-öz qapısına.
Espanyol – Atletiko 1:0
Qol: Qarsiya, 88.
23 dekabr
Real – Barselona 0:3
Qol: L.Suares, 54. L.Messi, 64-pen. A.Vidal, 90+3.
Valensiya – Vilyarreal 0:1
Qol: Bakka, 24.
Deportivo – Selta 1:3
Qol: Andone, 59 – Vass, 3. Aspas, 40; 53.
–
–