Ölkə futbolu
“Qarabağ”ın hücumçusu barədə kitab çapdan çıxdı
“Qarabağ”ın futbolçusu Dino Ndlovu haqda vətəni…
“Qarabağ”ın futbolçusu Dino Ndlovu haqda vətəni Cənubi Afrika Respublikasında kitab çapdan çıxıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə 27 yaşlı hücumçunun özü şəxsi "İnstagram"ında bildirib. "The winning goal" ("Qələbə topu") adlı kitabın müəllifi Sizvi Feys Sitoledir.
Avtobioqrafiya xarakterli əsərin üz qabığında Ndlovunun "Qarabağ"ın heyətində vurduğu qollardan birini qeyd edərkən çəkilmiş fotosu və "Siz bu hissləri supermarketdən ala bilməzsiniz, onun üçün çalışmaq lazımdır. Bu, mənim həyatımın ən yaxşı günlərindən biri idi", – sözləri yer alıb.
Afrikalı forvard kitaba görə minnətdarlıq edərək, "Heç vaxt özüm barədə bu qədər qürur duymamışdım. Sizvi Feys Sitole, mənə belə böyük layihə kimi yanaşdığın üçün təşəkkür edirəm. Çox həyəcanlıyam", – deyə yazıb.
Qeyd edək ki, Dino Ndlovu İdman Araşdırmalar Mərkəzinin jurnalistlər arasında keçirdiyi sorğu nəticəsində Azərbaycanda 2017-ci ilin ən yaxşı əcnəbi idmançısı seçilib. (Report)
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı