Dünya futbolu
Milli komandada yeni baş məşqçi
Futbol üzrə Çili millisinin yeni baş məşqçisi b…
Futbol üzrə Çili millisinin yeni baş məşqçisi bəlli olub.
Futbolinfo.az xəbər verir ki, DÇ-2018-dən kənarda qaldıqdan sonra baş məşqçi Xuan Antonio Pitsi ilə yollarını ayıran Çili Futbol Federasiyası, yığmaya yeni baş məşqçi tapıb. Cənubi amerikalıları bundan sonra Reynaldo Rueda çalışdıracaq. Bu barədə məlumatı Çili mətbuatı yayıb. Onun millidəki işinə yanvardan başlayacağı qeyd edilib. Xəbərdə həmçinin, federasiyanın Ruedanın “Flamenqo” ilə müqaviləsini ləğv etmək üçün Braziliya klubuna 1 milyon dollar ödədiyi vurğulanıb.
Məşqçi karyerası ərzində Ekvador, Kolumbiya, Honduras kimi milliləri də çalışdırmış 60 yaşlı mütəxəssis bir dəfə mundialın iştirakçısı olub. Honduras millisi 2010-cu ildə, CAR-da təşkil edilən dünya çempionatında məhz kolumbiyalı mütəxəssisin rəhbərliyi altında çıxış edib.
Ruedanın çalışdırdığı “Atletiko Nasyonal” klubu ötən il Libertadores kubokunu qazanıb.