Dünya futbolu
Advokatın yeni klubu bəlli oldu
Hollandiyalı məşqçi Dik Advokatın yeni iş yeri bəlli olub…
Hollandiyalı məşqçi Dik Advokatın yeni iş yeri bəlli olub.
Futbolinfo.az xəbər verir ki, 70 yaşlı mütəxəssis məşqçi karyerasını vətənində davam etdirəcək. O, Erediviziya təmsilçisi “Sparta” ilə anlaşıb.
Bu barədə Hollandiya mətbuatı məlumatyayıb. Advokatın Rotterdam təmsilçisi ilə müqaviləsinin müddəti mövsümün sonuna kimi nəzərdə tutulub.
“Sparta” cari mövsümdə uğursuz çıxış edir. Komanda Erediviziyanın 17 turundan sonra 11 xalla son sırada yer alıb.
Məşqçi karyerası ərzində PSV, “Reyncers”, “Zenit”, “Borussiya” (Münhenqladbax), “Fənərbaxça” kimi klublarda çalışmış Advokat, Rusiya, Serbiya, Cənubi Koreya, ABŞ, BƏƏ kimi millilərin də “sükanı arxasında” olub. O, son olaraq Hollandiya millisində baş məşqçi kimi çalışıb.
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü