Dünya futbolu
“Atletiko”nun prezidenti: “Qarabağ”la oyunların ən azı birində qalib gəlməli idik”
"Çempionlar Liqasında qrupda qalmağımız bizə böy…
"Çempionlar Liqasında qrupda qalmağımız bizə böyük zərbə oldu. Amma bəxtimizin gətirmədiyini düşünürəm. İlk matçda "Roma"ya qalib gəlməli idik. Çünki həmin görüşdə qol vurmaq şansımız oldu. Sonra Qarabağ"la 2 oyundan birində qələbə qazana bilərdik. Amma hədəfimizi reallaşdıra bilmədik. İndi Avropa Liqasında çıxış edəcəyik. Çempionlar Liqasındakı kimi, burada da kuboku qazanmaq üçün həvəslə çalışacağıq".
Futbolinfo.az xəbər verir ki, bu sözləri "Atletiko"nun prezidenti Enrike Sereso Madrid klubunun Çempionlar Liqasındakı çıxışını dəyərləndirərkən deyib.
O, çıxış etdikləri hər 3 turniri (La Liqa, İspaniya Kuboku və ya Avropa Liqası) titulla başa vurmaq istədiklərini bildirib: "Avropa Liqasında da yaxşı komandalar var. 3 yarışda iştirak edirik və uğur qazanmaq istəyirik. Baxın, "Qarabağ"la oyunlarda nə baş verdi? Hər bir komanda sirrdir".
E.Sereso 2017-nin "Atletiko" üçün tarixi bir il olduğunu da vurğulayıb: "Çünki stadionumuzu dəyişdirdik. 2016/17 mövsümündə La Liqada üçüncü olduq. Çempionlar Liqasının yarımfinalına yüksəldik. "Atletiko" tarixinin ən yaxşı illərindən biri olduğunu deyə bilərəm".
Qeyd edək ki, "Atletiko" "Qarabağ"la ÇL-dəki hər iki oyundan heç-heçə (0:0, 1:1) edib.