Dünya futbolu
“Qalatasaray” böyük hesabla qalib gəldi
Futbol üzrə Türkiyə Kubokunda 1/8 final mərhələsinə st…
Futbol üzrə Türkiyə Kubokunda 1/8 final mərhələsinə start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
“Gənclərbirliyi” doğma meydanda “Bursaspor”u minimal hesabla məğlub edib. “Qalatasaray” isə “Bucaspor”u darmadağın etməklə demək olar ki, növbəti mərhələyə vəsiqənin taleyini böyük ölçüdə həll edib.
Türkiyə Kuboku
1/8 finalın ilk oyunları
26 dekabr
Gənclərbirliyi – Bursaspor 1:0
Qalatasaray – Bucaspor 3:0
27 dekabr
16:00. Girəsunspor – Başakşəhər
17:30. Kayserispor – Antalyaspor
19:30. Konyaspor – Trabzonspor
21:30. Fənərbaxça – İstanbulspor
28 dekabr
17:30. Boluspor – Akhisar
21:30. Beşiktaş – Osmanlıspor