Ölkə futbolu
“Neftçi”nin ilk transferi – FOTO
“Neftçi” dövrələrarası fasilədə ilk trans…
“Neftçi” dövrələrarası fasilədə ilk transferini reallaşdırmaq üzrədi. Futbolinfo.az xəbər verir ki, bu barədə “Apasport”a klubun baş meneceri Eldəniz Yusifov məlumat verib.
O bildirib ki, “Qəbələ” ilə yollarını ayıran qapıçı Aqil Məmmədovun “Neftçi” ilə müqavilə imzalamasında bir problem qalmayıb. Klub rəsmisi milli komandamızın qolkiperini dəvət etdiklərini, bu gün və ya sabah münasibətlərin rəsmiləşəcəyini söyləyib.
Digər tərəfdən, heyətində “təmizləmə işləri” aparan bakılılar Tərzin Cahangirovla da vidalaşmağa hazırlaşırlar. Rəhbərlik yarımmüdafiəçinin özü ilə bu barədə görüşüb. Müqaviləyə xitam verilməsi məsələsində bir problem yaranması gözlənilmir.
Qeyd edək ki, qış fasiləsində Pavel Dreksa, Rahil Məmmədov, Məqsəd İsayev və Edson Kastilyo ilə yollarını ayıran “Neftçi” Fəhmin Muradbəyli, Maksim Vaylo və Təyyar Məmmədovu icarəyə verib. Həmçinin Uqo Barqas, Daniel Seqoviya və Mateo Mujekin də ikinci yarıdan paytaxt klubunda olmayacağı, demək olar ki, dəqiqdi.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib