Ölkə futbolu
“Zirə”ni Polşa klubuna dəyişir
“Zirə”nin müdafiəçisi Qabriel Matey Azərbay…
“Zirə”nin müdafiəçisi Qabriel Matey Azərbaycanı tərk etməyə hazırlaşır. Futbolinfo.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, 27 yaşlı futbolçu bu ölkənin "Bruk-Bet Termalits" klubu ilə razılığa gəlib. Onun yaxın günlərdə Polşa təmsilçisi ilə müqavilə imzalaması gözlənilir.
Xəbərdə Mateyin qiymətinin 450 min avro olduğu da qeyd olunub.
Qeyd edək ki, Matey bu ilin iyunundan “Zirə”də oynayır.