Milli komanda
Rəşad Sadıqov üçün bolqar köməkçi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin daha…
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin daha bir məşqçisinin adına aydınlıq gəlib.
Futbolinfo.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Rəşad Sadıqovun köməkçilərindən biri bu ölkədən olacaq. Söhbət Vladislav Yanuşdan gedir. O, Aftandil Hacıyev və Faiq Əzizovla birgə U-21 millimizin məşqçi korpusunda yer alacaq.
Qeyd edək ki, Yanuş gənclərdən ibarət yığmamızda fiziki hazırlığa cavabdehlik daşıyacaq. O, əvvəllər Plovdiv “Lokomotiv”ində və “Beroe”də çalışıb. Son vaxtlar isə o, “Vereya” və “Liteks” klublarında işləyib.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı