Ölkə futbolu
“Qarabağ”ın bütün rəqibləri məlum oldu
Futbol üzrə Azərbaycan Premyer Liqasının lideri “Qaraba…
Futbol üzrə Azərbaycan Premyer Liqasının lideri “Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Ağdam klubu Antalyada baş tutacaq qış təlim-məşq toplanışı zamanı 6 yoxlama oyunu keçirəcək.
Artıq bütün rəqiblər və oyunların tarixləri də bəllidi. Komanda ilk matçında yanvarın 17-si Rusiyanın "Kuban" klubuyla qarşılaşacaq. Qurban Qurbanovun yetirmələri yanvarın 20-də Polşanın "Lexiya", yanvarın 25-də öncə Makedoniyanın "Şkupi", daha sonra isə Ukraynanın "Mariupol" klublarıyla üz-üzə gələcək. Ağdam təmsilçisinin 5-ci matçı Bosniya və Hersoqovinanın "Sarayevo" klubuna qarşı olacaq. Son yoxlama matçındakı rəqib isə Çernoqoriyanın “Mladost” komandası olacaq. Bu qarşılaşma fevralın 3-nə təsadüf edəcək.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var