Ölkə futbolu
Super Liqanın daha bir klubu millimizin forvardını istəyir
Türkiyənin “Bursaspor” klubunun əsas komandasının…
Türkiyənin “Bursaspor” klubunun əsas komandasının məşqlərindən kənarlaşdırılan hücumçu Dəniz Yılmaz klub axtarışını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, millimizin də üzvü olan futbolçu Super Liqa təmsilçisi “Gənclərbirliyi”nin diqqət mərkəzindədi. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Qeyd olunur ki, paytaxt klubunun baş məşqçisi Ümit Özat rəhbərlikdən məhz Dənizin transfer edilməsini istəyib. Bu səbəbdən klublar arasında danışıqlara start verilib.
Türkiyə mətbuatı daha öncə “Karabükspor”un da Yılmazı heyətinə qatmaq istədiyini yazmışdı.
Qeyd edək ki, “Gənclərbirliyi” Super Liqanın 17 turundan sonra 14 xalla 17-ci pillədə qərarlaşıb.
Dəniz 2016-cı ildən Azərbaycan yığmasının üzvüdü. O, millimizdə 2 oyun keçirib.