Ölkə futbolu
Afrikada ilin ən yaxşı futbolçusu bəlli oldu
Afrikada 2017-ci ilin ən yaxşı futbolçusu müəyyənlə?…
Afrikada 2017-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, İngiltərənin “Liverpul” klubunun və Misir yığmasının futbolçusu Məhəmməd Salah qitənin ən yaxşı futbolçusu seçilib. 25 yaşlı Salah həmklubu, seneqallı Sadio Maneni qabaqlayıb. Səsvermədə 3-cü yeri Dortmund “Borussiya”sının hücumçusu Pyer-Emerik Obameyanq tutub.
Salah Afrikanın ən yaxşı futbolçusu seçilən ikinci misirlidi. Ona qədər, 1983-cü ildə Mahmud Əl-Hatib qitənin ən yaxşısı seçilmişdi.