Dünya futbolu
Ufuk Budak Türkiyə klubundan ayrıldı, Azərbaycana gələ bilər
Futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiə&ccedi…
Futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budak Türkiyənin “Samsunspor” klubundan ayrılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə TFF 1-ci liqa təmsilçisinin idman direktoru Coşqun Zeren açıqlama verib. O, maaşını ala bilməyən 5 futbolçunun müqavilələrinə birtərəfli qaydada xitam verərək komandadan ayrıldığını açıqlayıb. Onların arasında Ufuk da var. Budakla yanaşı Çağrı Ortakaya, Abdülkerim Bardakçı, Hasan Hatipoğlu və Ömər Kandemir də klubla yollarını ayırıb.
Klub rəsmisi maliyyə problemləri səbəbindən pulunu ödəmədikləri başqa oyunçuların da müqavilələrinə birtərəfli qaydada pozmaq hüququnun olduğunu etiraf edib.
Qeyd edək ki, Ufukun Azərbaycan Premyer Liqasında mübarizə aparan klublardan birinə keçəcəyi barədə də xəbərlər dolaşır. Bu klublar arasında “Neftçi” və “Zirə”nin adı hallandırılır.