Dünya futbolu
Messi yubiley matçında rekordu təkrarladı
“Barselona”nın hücumçusu Lionel Messi Almaniy…
“Barselona”nın hücumçusu Lionel Messi Almaniyanın “Bavariya” klubunun əfsanəvi forvardı Herd Müllerin Avropanın aparıcı çempionatlarında bir klubda vurduğu qolların sayına görə rekordunu təkrarlayıb.
Futbolinfo.az xəbər verir ki, argentinalı futbolçu Kataloniya təmsilçisinin heyətində İspaniya çempionatında 365-ci qolunu vurub. O, La Liqanın 18-ci turu çərçivəsində “Levante” ilə ev oyununun 12-ci dəqiqəsində hesabı açmaqla buna nail olub.
Bu oyun həm də argentinalı ulduz futbolçu üçün yubileylə yadda qalıb. Belə ki, Messi La Liqada 400-cü oyununu keçirib.
Müllerdən fərqli, Messinin futbolçu karyerasını davam etdirdiyini nəzərə alsaq, argentinalı ulduz növbəti La Liqa matçında ən azı bir qol vurmaqla yeni rekorda imza atacaq.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar