Ölkə futbolu
“Səbail” Antalyada bu klublarla qarşılaşacaq
Topaz Premyer Liqasının debütantı “Səbail” də q?…
Topaz Premyer Liqasının debütantı “Səbail” də qış fasiləsində Türkiyəyə yollanacaq.
Futbolinfo.az xəbər verir ki, Samir Əliyevin çalışdırdığı kollektiv yanvarın 20-dən fevralın 2-dək Antalya şəhərində təlim-məşq toplanışında olacaq. Paytaxt təmsilçisi bu müddət ərzində dörd yoxlama oyunu keçirəcək.
Artıq sınaqçı rəqiblərdən üçünün adı və oyunların keçirilmə tarixi dəqiqləşib. Belə ki, “Səbail” yanvarın 23-də Ukrayna “Çernomorets”i (Odessa), ayın 26-da Serbiya “Napredak”ı (Krusevac) və 29-da Bolqarıstan “Lokomotiv”i (Plovdiv) üz-üzə gələcək.
Oyunların saatları və digər rəqibin adı hələ dəqiqləşməyib.
Qeyd edək ki, komanda Türkiyənin Antalya şəhərində “Miracle Lara Hotel”də qalacaq.