Ölkə futbolu
“Kəpəz”də gürcü futbolçu – FOTO
“Kəpəz”in heyətinə qatmaq istədiyi daha bir futbol&cc…
“Kəpəz”in heyətinə qatmaq istədiyi daha bir futbolçunun kimliyi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Gəncə klubu gürcü müdafiəçi Giuli Mandjqaladzeni transfer edir. Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb. 25 yaşlı futbolçu “Samtredia” ilə yollarını ayırmağa qərar verib. O, yeni ildən karyerasını Azərbaycana davam etdirmək istəyir.
Qeyd edək ki, Guili Manjgaladze bu mövsüm Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Samtredia”nın heyətində “Qarabağ”a qarşı oynayıb.
Ukraynada anadan olan futbolçu peşəkar karyerasına da məhz bu ölkədə başlayıb. O, “Zarya”, “Poltava” kimi klublardan oynadıqdan sonra 2015-ci ildə Gürcüstana gəlib. Öncə “Çixura”, daha sonra “Sioni” (Bolnisi) komandalarında oynayan müdafiəçi 2016-cı ildən “Samtredia”nın şərəfini qoruyurdu.
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-01 10:02
Vadim “Araz-Naxçıvan”ı fərqləndirir: “Psixoloji cəhətdən axsayırdıq”