Ölkə futbolu
“Keşlə”də 5-ci müqavilə
“Keşlə”də baxışda olan daha bir futbolçunun ta…
“Keşlə”də baxışda olan daha bir futbolçunun taleyinə aydınlıq gəlib.
Futbolinfo.az xəbər verir ki, klubdan “Apasport”a verilən məlumata görə, baş məşqçi Yuri Maksimov kamerunlu yarımmüdafiəçi Herve Tçami haqda qərarını bildirib.
O, 30 yaşlı futbolçunun komandada qalmasını istəyib. “Keşlə” rəhbərliyi Tçami ilə münasibətləri bu günlərdə rəsmiləşdirəcək. Tərəflər arasında mövsümün sonuna qədər nəzərdə tutulan sözləşmə imzalanacaq. Bu, bakılıların qış fasiləsində 5-ci transferi olacaq.
Baxışda olan digər futbolçularla bağlı yekun qərar isə hələ verilməyib. Maksimov Tçamidən fərqli, Məhəmməd Qurbanova ehtiyac duymayıb.
Qeyd edək ki, "Keşlə" Tçamiyə qədər Kamran Ağayev, Vaqif Cavadov, Məqsəd İsayev və Pablo Podio ilə müqavilə bağlayıb.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var