Ölkə futbolu
“Neftçi” – “Keşlə” matçının məkanı yenidən dəyişdirildi
“Keşlə”nin Bakı toplanışı çərçivəsin…
“Keşlə”nin Bakı toplanışı çərçivəsində "Neftçi"yə qarşı keçirəcəyi yoxlama oyununun məkanı yenidən dəyişdirilib. Sport24.az paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 14-də baş tutacaq matç 8-ci km qəsəbə stadionunda yox, İsmət Qayıbov adına təlim-məşq bazasında olacaq.
Qarşılaşma saat 15:00-da başlanacaq. Bu komandalar arasında matçın ilk olaraq məhz “İsmət Qayıbov”da keçirilməsi planlaşdırılırdı. Lakin dünən hər iki klub görüşün bu arenada yox, 8-ci km qəsəbə stadionunda keçiriləcəyinə dair xəbər yaymışdı.
Xatırladaq ki, Keşlə təmsilçisi yanvarın 11-də Birinci Divizion təmsilçisi "Qaradağ Lökbatan"a qarşı keçirdiyi yoxlama matçında 3:1 hesabıyla qalib gəlib.