Bizi izləyin

Ölkə futbolu

Rauf Əliyev hədəfdə

AFFA prezidenti Rövnəq Abdullayev konfranslardan birində, Berli…

blank
AFFA prezidenti Rövnəq Abdullayev konfranslardan birində, Berlində yaradılan uşaq məktəbi layihəsinin fiaskoya uğrama səbəblərindən danışmış və Rauf Əliyevi nişan vermişdi. O, layihənin birinci vitse-prezidentin təşəbbüsü olduğunu söyləmiş və özünü doğrultmadığı üçün fəaliyyətinin dayandırıldığını dilə gətirmişdi.
 
Bu layihə 2009-cu ildə başlanmış və 2014-ün sonuna kimi davam etmişdi. AFFA-nın rəsmi hesabatlarından çıхarılan rəqəmlərə görə, Berlin Futbol Məktəbinə 1,3 milyon dollar (!!!) xərclənmişdi. Məktəbin qeyri-rəsmi koordinatoru təyin edilən Rauf bəy təqdimatda iştirak etmiş, ümumi işlərə nəzarəti üzərinə fötürmüş, lakin 5 il ərzində heç bir nəticəyə nail olmamışdı. Azərbaycan mətbuatına açıqlama verən məktəbin rəhbəri Tofiq Qarayev bildirmişdi ki, 2014-cü ilədək məktəbin məşqçilərinə 5, daha sonra isə 3 min avro maaş verilib. Hesablamalara görə, bu, 2009-2014-cü illərdə 400 min dollar edir. Göründüyü kimi, təхminən 900 min dollar vəsait "havaya buхarlanıb". Millət vəkili indiyədək həmin 900 min dolların hesabatını verməyib. AFFA rəhbərliyi 2015-ci ilin əvvəlində layihəni dayandırıb.
blank
 
İndi Rauf Əliyev yenidən gündəmdədi. Birbaşa adı açıqlanmasa da, hadisələrin gedişi göstərir ki, AFFA-da birinci vitse-prezident olan millət vəkili gec-tez top önünə qoyulacaq.
 
Bu insanların xisləti budur. Elə ki, iş çətinə düşdü, günahkarı başqa yerdə axtarırlar. Quyruq qapı arxasında qalınca əlbir olduqları bütün adamları arxalarınca dartırlar. Günahı, məsuliyyəti bölüşərək, özlərini xilas etməyə çalışırlar.
 
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev son vaxtlar idman mətbuatında ən çox tənqidə məruz qalan şəxslərdən biridir. O, uşaq futbolunun inkişaf etməməsində birbaşa məsuliyyət daşıyan şəxslərdən biri kimi göstərilir. Və oxu.az onunla danışmaq qərarına gəlib. Vəliyevsə günahın onda yox, başqalarında olduğunu bildirib, hədəf göstərib.
 
Yusif bəyin kimin qohumu olduğunu bilmirik, lakin necə tapşırılıbsa, AFFA-nın baş katibi Elxan Məmmədov onu qorumaq üçün maksimum güc sərf edir. Bir neçə mətbu orqan eyni hədəfə vurub, Vəliyevi ittiham edəndə isə o, ittihamlara cavab verməyə, fərqli hədəflər göstərməyə çalışıb. 6-7 min manat olduğu deyilən “paket” maaşa işləyən bu cavan oğlan özünü təmiz, çalışqan biri kimi təqdim edib.
 
Sual: “Sizin uşaq futbolunun inkişafına mane olduğunuz bildirilir. Üstəlik, keçirdiyiniz liqalarda yetərincə qanun pozuntularının olduğub hər tur AFFA İntizam Komitəsinin çıxardığı qərarlara əsasən ictimaiyyətə bəlli olur. Buna görə də sizin fəaliyyətiniz qınanılır. Belə demək mümkünsə, fəaliyyətinizin ancaq medal təqdim olunması ilə kifayətləndiyi bildirilir. Siz isə heç vaxt bu ittihamlara cavab verməmisiniz. Bu isə o anlama gəlir ki, susursunuzsa, ittihamlarla razısınız…”
Cavab: “Həmin yazıların bəziləri ilə tanışam. Əvvəla, indiyədək hər hansısa mətbuat əməkdaşı mənim bu barədə mövqeyimi öyrənmək istəməyib. Mən hər zaman media nümayəndələrində öz sahəmə dair qaranlıq qalan məqamları aydınlatmağa hazıram. İkincisi, mən uşaq futbolunun inkişafına cavabdeh olan şəxs deyiləm. Mənim rəhbərlik etdiyim şöbə yalnız uşaq futbolu ilə bağlı yarışların keçirilməsinə cavabdehlik daşıyır. Düşünürəm ki, uşaq futbolu bizdə inkişaf edir. Ancaq bu sahəyə mən cavabdeh deyiləm…”
 
Sual: “Bəs kim cavabdehdir?”
Cavab: “Bunun üçün mümkünsə, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti ilə əlaqə saxlayın. Onlar sizə uşaq futbolunun inkişafında məsul olan şəxsləri və ya qurumu açıqlayarlar. Təkrar edirəm ki, bizim şöbə yalnız təşkilati işlərlə məşğuldur. Məsələn, oyunlar üçün stadionların təşkili, oyunların cədvəli, komandaların məlumatlandırılması, qeydiyyat və s. məsələlər bizə aiddir. Məhz bunun nəticəsidir ki, AFFA-nın yeni yaratdığı Region Liqasının İşçi Qrupuna da bizim şöbə cəlb olunub. Çünki həmin liqanın təşkilatçılığında bizim şöbənin də rolu var”.
 
Buyurun, bu da Yusif bəyin manevri. Məsuliyyəti boynundan atır və özünün yalnız təşkilatçı olduğunu dilə gətirir. Günahkarları göstərmək üçün isə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinə ötürmə edir. Biz də bu qurumun rəhbəri Firuz Abdullanı arayırıq. Axı, Vəliyev cavabdeh insanları məhz onun göstərə biləcəyini deyib.
 
Firuz bəyin cavabı qısa olur: “Vəliyevin rəhbərlik etdiyi qurum Kütləvi Futbol Departamentinə tabedi. Həmin şöbənin rəhbəri isə Cahangir Həsənzadədi”.
blank
 
Aha! Veteran qapıçımız hədəfdədi. Milli komandalarımızda məşqçi olmuş, son olaraq U-21-də Samir Ələkbərovla qalmaqalda adı keçən, “Səbail”in Müşahidə Şurasında təmsil olunmuş, “Mançester Yunayted” məktəbində çalışan, bir çox kurslarda və layihələrdə baş rolda olan Həsənzadənin daha bir vəzifəsi var imiş. Bir əldə 7-8 qarpız tutan, heç birində də fəaliyyəti qənaətbəxş olmayan Cahangir bəyi arayırıq.
 
Gün ərzində bir neçə dəfə Həsənzadəyə zəng vururuq, telefonu susur. Ya artıq AFFA-dan ona belə bir zəng gələcəyi ilə bağlı təlimat alıb, ya da həqiqətən işləri çox olduğundan danışa bilmir. Ümid edirik, bu yazını oxuduqdan sonra özünü müdafiə etməyə ehtiyac duyacaq, duymayacaqsa, deməli, günahkardı.
 
Həsənzadə xırda fiqurdu. Hazırkı anda Vəliyev onu hədəf göstərsə də, təbii ki, məsələ böyüyəndə başqalarının adı çəkiləcək. Rauf Əliyevi boşuna xatırlatmamışıq. Axı, bu adam həm də Uşaq Futbol Federasiyasının rəhbəridi.
 
Çoxsaylı vəzifələrdən doymayan Rauf bəyin birinci vitse-prezident ola-ola Uşaq Futbol Federasiyasına da rəhbər seçilməsi, ümumiyyətlə, absurddu. Çünki vitse kimi onsuz da bu təsərrüfatın ən yüksək vəzifə sahiblərindəndi. Zavod direktoru ikən hansısa sexdə baş usta olmağa nə gərək var?
 
Və uşaq futbolunda bu qədər problem var, texniki məğlubiyyətlərin sayı 3 aya 50-i keçib, illərdi heç bir istedad üzə çıxmır, milli komandalarda, klublarda yerli oyunçu qıtlığı yaşanır, illik 3 milyon manat havaya sovrulur. Vəziyyət kritik həddə çatıb və kimsə cavab verməlidi.
 
Yusif Vəliyev? Cavabını oxuduz, onluq bir şey olmadığını deyir.
Cahangir Həsənzadə? Danışmır, danışsa da, bu vəzifəyə yeni təyin oldunduğunu deyəcək.
Elxan Məmmədov? Baş katib vitse-prezident və federasiya prezidenti olan birinin kurasiyasında olan məsələyə görə ciddi ittiham olunmayacaq, əksinə, sevimli metodundan yararlanacaq – hesabat vermək lazım gələndə yalnız icraedici olduğunu deyəcək.
Rauf Əliyev? İndi onun açıqlamasını gözləyirik. Çünki Vəliyev faktiki özünün təşkilatçı olduğunu, uşaq futbolunun inkişafına cavabdeh şəxslərin başqaları, dolayısı ilə federasiya prezidenti olduğunu dilə gətirib. Buyursun, Rauf Əliyev cavab versin.
 
9 ildi AFFA-da çalışanYusif Vəliyev futbolçu karyerasını erkən başa vursa da, “futbolla əlaqəli olub”: “Ovaxtlar istər millinin, istərsə də klublarımızın keçirdiyi beynəlxalq görüşləri stadiondan izləmişəm. Tək-tük oyun olar ki, həmin matçları tribunadan izləmək imkanım olmayıb. 2002-2003-cü illərdə ovaxtkı “Şəfa” komandasında aşağı yaş qruplarında da oynamışam. Hətta milli bir dəfə rəqib tapa bilməmişdi və ikitərəfli oyun keçirməli olmuşdu. Onda Aleksandr Səmədov da milliyə gəlmişdi. Bax, həmin oyunda mən “Şəfa” stadionunda topdaşıyan uşaqlardan biri idim. Dizimdə zədəm olduğundan və universitetə hazırlaşdığımdan, futbolu erkən atmalı oldum”.
 
Vəliyevin hansı ampluada oynadığını bulmirəm, topdaşıyan kimi fərasətindən də xəbərim yoxdu. Amma yaxşı ötürmələr verir. Elə bu müsahibədə də bacarığını ortaya qoyub – əla ötürmə verib, “oyundaşı” tez-tez yaşıdları ilə oyunlarda qapıda dayanması ilə tanınan Rauf Əliyevlə üz-üzədi.
 
Mənə çox maraqlıdı: Berlində milyonları havaya sovuran, layihəsinin uğursuz olduğu AFFA prezidenti tərəfindən etiraf edilən Rauf bəy hansı məntiqlə Uşaq Futbol Federasiyasının rəhbəri seçilib? Bəlkə indiki məqamda günahkar elan edilmək üçün…
 
CAVAD
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-18 19:24

“Atletiko” 4 vidaya hazırlaşır

blank
Digər idman növləri2024-04-18 19:05

Azərbaycan çempionatında ikinci finalçı bəlli oldu

blank
Ölkə futbolu2024-04-18 18:50

“Qusar”dan darmadağın

blank
I Liqa2024-04-18 18:33

Liderdən növbəti qələbə

blank
Milli komanda2024-04-18 18:16

Millimizin heyətində dəyişiklik edildi

blank
Digər idman növləri2024-04-18 18:00

Azərbaycan şahmatçıları AÇ-də iştirak edəcəklər

blank
Dünya futbolu2024-04-18 17:45

“Roma” baş məşqçi ilə bağlı qərar verdi – RƏSMİ

blank
Digər idman növləri2024-04-18 17:31

Tanınmış şahmatçının qızı Azərbaycan çempionu oldu

blank
Dünya futbolu2024-04-18 17:17

İngiltərə kubokunun qaydaları dəyişdi

blank
Digər idman növləri2024-04-18 17:00

Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi

blank
Dünya futbolu2024-04-18 16:42

“Arsenal” və “Liverpul”un eyni hədəfi

blank
Dünya futbolu2024-04-18 16:27

Van de Bek Almaniyada qalmayacaq

blank
Müsahibə2024-04-18 16:10

“Sxadadze gələndən sonra “Qəbələ”nin çempionatda qalmaq şansı artmadı”

blank
Digər idman növləri2024-04-18 15:52

Ferstappen planetin 100 ən güclü insanı arasında

blank
Digər idman növləri2024-04-18 15:35

MBA-da qaydalarda dəyişiklik edilir

blank
Digər idman növləri2024-04-18 15:18

“Neftçi” ilə oyunda basketbol bəxti üzümüzə gülmədi”

blank
Ölkə futbolu2024-04-18 15:00

Qadın məşqçilərə diplomlar təqdim edildi

blank
Dünya futbolu2024-04-18 14:44

“Latsio” onunla müqaviləni yenilədi

blank
Digər idman növləri2024-04-18 14:31

Millimizin kapitanı Macarıstan çempionu oldu

blank
Digər idman növləri2024-04-18 14:18

Abasov bu gün hindistanlı şahmatçı ilə üz-üzə gələcək

blank
Müsahibə2024-04-18 14:04

Pusinin xarakter göstərmək zamanı: “Tanrı mənə kömək etdi”

blank
Ölkə futbolu2024-04-18 13:47

İki futbolçuya 4 oyunluq cəza, iki komandaya texniki məğlubiyyət verildi

blank
Əvəzedicilər2024-04-18 13:30

“Kəpəz”in futbolçusuna 4 oyunluq cəza

blank
Premyer-liqa2024-04-18 13:14

İntizam Komitəsi Premyer Liqa klublarını cəzalandırdı

blank
Milli komanda2024-04-18 13:00

Millimiz İnkişaf turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-04-18 12:46

Muradlı liderliyi davam etdirir

blank
Digər idman növləri2024-04-18 12:31

Yığmamızın Polşa toplanışı başa çatdı

blank
Digər idman növləri2024-04-18 12:16

“Hədəfimiz çempionluqdur” – “Azərreyl”in kapitanı

blank
Digər idman növləri2024-04-18 12:00

Azərbaycan gimnastları Dünya Kubokunun finalında

blank
Digər idman növləri2024-04-18 11:47

MBA-da daha bir cütlük məlum oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm