Ölkə futbolu
Arda Turanın yeni klubu bəlli oldu – RƏSMİ
Futbol üzrə Türkiyə millisinin yarımmüdafiəç…
Futbol üzrə Türkiyə millisinin yarımmüdafiəçisi Arda Turanın yeni klubu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, müqavilə ilə İspaniyanın “Barselona” klubuna məxsus olan təcrübəli futbolçu bundan sonra “Başakşəhər”in uğurları üçün çalışacaq. Türkiyə klubu onu Kataloniya təmsilçisindən icarəyə götürüb.
Bu barədə məlumatı “Başakşəhər”in prezidenti Göksəl Gümüşdağ açıqlayıb. O, Ardanın keçidini sadəcə, “Başakşəhər”in yox, Türkiyənin transfer olduğunu bəyan edib.
Artıq “Barcelona” da Ardanın Türkiyəyə qayıtdığını rəsmən açıqlayıb. Bildirilib ki, Arda “Başakşəhər”ə 2,5 illiyə icarəyə verilib. Yarımmüdafiəçi İspaniya klubunda bu mövsüm heç bir rəsmi oyunda meydana çıxmadığından bu qış komandadan ayrılacağı çoxdan gündəmdə idi.
Qeyd edək ki, “Başakşəhər” Türkiyə Super Liqasının geridə qalan 17 turundan sonra 36 xalla liderdi.
İstanbul klubu Ardanın transferini sosial şəbəkə hesabında aşağıdakı videonu yayımlamaqla xəbər verib.