Ölkə futbolu
“Kəpəz” əvəzedicilərinə qalib gəldi
Çempionatın qış fasiləsi dövründə “Kəpəz…
Çempionatın qış fasiləsi dövründə “Kəpəz”in əsas və əvəzedici komandası ilk yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Komandalar bir-biriləri ilə qarşılaşıblar. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən görüş 1:0 hesabı ilə əsas komandanın xeyrinə nəticələnib. Görüşdə yeganə qolu ikinci hissədə Tural Rzayev vurub.
Növbəti yoxlama matçında əsas komanda aşağı liqa təmsilçisi “Sabah”la, “dubl” isə “Qəbələ”nin əvəzediciləri ilə oynayacaq.