Dünya futbolu
Karyerasını iki dəfə başa vuran futbolçu yenə qayıtdı
Futbol üzrə ABŞ millisinin sabiq üzvü Lendon Donovan …
Futbol üzrə ABŞ millisinin sabiq üzvü Lendon Donovan yenidən futbolçu karyerasını bərpa etməyə qərar verib.
Futbolinfo.az xəbər verir ki, 35 yaşlı hücumçu Meksikanın “Leon” klubu ilə anlaşıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. O, yeni komandasında 20 nömrəli forma ilə oynayacaq.
Xatırladaq ki, Donovan indiyə qədər iki dəfə (2014 və 2016-cı illərdə) karyerasını başa vurduğunu elan edib. 2014-cü ildə karyerasını başa vurduğunu açıqlayan forvard 2016-cı ilin sentyabrında “Los-Anceles Qalaksi”də oynamağa başlamışdı. Bu komandada qısa müddət oynadıqdan sonra karyerasını təkrar başa vurduğunu bildirən futbolçu indi yenidən yaşıl meydanlara dönməyə qərar verib.
Donovan karyerası ərzində Almaniyanın "Bayer” və "Bavariya”, İngiltərənin "Everton”, ABŞ-ın “San-Xose Ertkveyks” klublarında da forma geyinib. O, ölkəsinin yığma komandasında 157 oyun keçirib, 57 qola imza atıb.
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”
- Müsahibə2024-05-15 08:00
Xvalko qərarını verməyib: “Həmin anda nəsə deməyin xeyri olmayacaqdı”