Dünya futbolu
Berluskoni “Milan”ın satışından pul “yeyib”?
İtaliya prokurorluğu “Milan”ın sabiq prezidenti Silvio …
İtaliya prokurorluğu “Milan”ın sabiq prezidenti Silvio Berluskoninin bu klubu satması ilə bağlı faktları araşdırmağa başlayıb.
Futbolinfo.az “La Stampa”ya istinadən xəbər verir ki, o, klubun satışından təxminən 300 milyon avro pul mənimsəməkdə ittiham olunur.
Qeyd edək ki, Berluskoni ailəsinə məxsus “Fininvest” şirkəti 2017-ci ildə klubun aksiyalarının 99 faizini çinli Li Yonhonqun rəhbərlik etdiyi konsorsiuma satıb. Satışın ümumi məbləği klubun borcları da daxil olmaqla 740 milyon avro təşkil edib. Lakin “La Stampa”nın iddiasına görə, klubun səhmləri həmin dövr üçün bazar dəyərindən xeyli yüksək olub. Berluskoni ilə Yonhonqun şişirdilmiş qiymətə (təxminən 300 milyon avro baha) razılığa gəlməsi isə üstündən xeyli müddət keçdikdən sonra şübhələrə yol açıb.
Məhz bu üzdən hazırda həm “Fininvest”, həm Berluskoni, həm də çinli iş adamı haqqında araşdırmalara start verilib.