Ölkə futbolu
Seqoviya “Neftçi”dən getməyə razılaşdı
Baş məşqçi Tərlan Əhmədovun heyətdə görmək istəm…
Baş məşqçi Tərlan Əhmədovun heyətdə görmək istəmədiyi Daniel Seqoviya tezliklə “Neftçi”ni tərk edəcək. İspan hücumçu qalmaqda israr etməyin heç bir fayda verməyəcəyini artıq anlayıb.
Futbolinfo.az xəbər verir ki, əvəzedici heyətə göndərilən Seqoviya burada da ilk zərbəni alıb. Yeni baş məşqçi Vadar Nuriyev davranış qaydalarını pozan Danieli 100 manat cərimələyib. Bundan sonra ispan anlayıb ki, Əhmədovun gözdən çıxardığı futbolçu üçün “Neftçi”də perspektiv yoxdu.
Seqoviya bundan sonra klub rəsmilərinin təklifi ətrafında düşünməli olub. O, bəzi şərtlər daxilində müqaviləyə qarşılıqlı xitam vermək niyyətindədi. Klub ona kiçik məbləğdə – ola bilsin, 1 ayın maaşı qədər – kompensasiya ödəyəcək, forvard isə klub tapan kimi “Neftçi”dən gedəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…