Ölkə futbolu
Hakim futbolçunu öncə vurdu, sonra meydandan qovdu – VİDEO
Futbol üzrə Fransa çempionatının 20-ci turunda ke&ccedi…
Futbol üzrə Fransa çempionatının 20-ci turunda keçirilən “Nant” – PSJ oyununda qalmaqal yaşanıb.
Futbolinfo.az xəbər verir ki, qalmaqalın mərkəzində isə qarşılaşmanın baş hakimi Toni Şapron olub. PSJ hücum edərkən, meydan sahiblərinin forvardı Dieqo Karlos müdafiəçilərə kömək etmək üçün öz cərimə meydançalarına tərəf qaçıb. Baş hakim də eyni istiqamətdə qaçarkən, hücumçu təsadüfən ona toxunub. Nəticədə onların hər ikisi yerə yıxılıb.
Bu zaman hakim yerdə ikən ayağı ilə Karlosa zərbə endirib. Daha sonra isə ona qırmızı vərəqə göstərərək meydandan qovub. Üstəlik, “Nant”ın qapısına tərəf sərbəst zərbə də təyin edilib.
Qeyd edək ki, bu oyunda PSJ 1:0 hesablı qələbəyə sevinib.