Dünya futbolu
Millimizin forvardı rəsmən Super Liqa klubunda
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Də…
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın yeni klubu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, o, gözlənildiyi kimi, “Gənclərbirliyi”nə transfer olunub. Bu gün “Bursaspor”la yollarını rəsmən ayıran hücumçu eyni gündə yeni klubu ilə müqavilə imzalayıb. Bu barədə “Gənclərbirliyi”nin rəsmi saytı məlumat yayıb. Məlumatda millimizin forvardı ilə 1,5 illik müqavilə imzalandığı qeyd olunub.
Qeyd edək ki, “Bavariya”nın yetirməsi olan Dəniz Türkiyədə daha öncə “Elazığspor”da forma geyinib. Daha sonra “Trabzonspor”da oynayan Yılmaz 2016-cı ildən “Bursaspor”un şərəfini qoruyurdu. Lakin o, Bursa təmsilçisində daha çox qalmaqalları ilə gündəmə gəldiyindən, tərəflər yollarını ayırmağa qərar verdilər.
Dəniz 2016-cı ildən dəvət aldığı Azərbaycan yığmasında 2 oyun keçirib.
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-07 14:20
Kunts – AFFA-nın, yoxsa Nəsirovun namizədi?