Ölkə futbolu
“Kəpəz” daha 3 transferi rəsmən açıqladı – FOTO
Transfer çalışmalarını davam etdirən “Kəpəz”…
Transfer çalışmalarını davam etdirən “Kəpəz” üç futbolçunun keçidini rəsmən açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, Gəncə klubu bir yerli və iki əcnəbi oyunçu ilə güclənib. “Sarı-göylər” ukraynalı qapıçı Sergey Litovçenko, gürcü əsilli yarımmüdafiəçi Giuli Manjqaladze və digər orta xətt oyunçusu Tərzin Cahangirovla anlaşıb.
Litovçenko ilə mövsümün sonunadək, Manjqaladze və Cahangirovla isə bir illik müqaviləyə imza atılıb.