Ölkə futbolu
Prosineçkinin Azərbaycanda gördüyü fərq
"Azərbaycanda 3 il baş məşqçi oldum və gördü…
"Azərbaycanda 3 il baş məşqçi oldum və gördüm ki, yığmadakı iş klubdakından xeyli fərqlənir" – bu sözləri Bosniya və Herseqovina milli komandasının yeni baş məşqçisi Robert Prosineçki RTRS telekanalına müsahibəsində Azərbaycan yığmasındakı fəaliyyəti barədə danışarkən deyib.
49 yaşlı mütəxəssis bildirib ki, milli komanda üçün ölkə xaricindən istedadlı oyunçu seçimi aparıldığından, klubdakı kimi hazırlıq və analizə vaxt az qalır: "Klubla yığma futbolun tamamilə fərqli konsepsiyalarıdır. Klubda iş gündəlik fəaliyyət və iştirak tələb edir. Yığmada iş isə tam fərqlidir. Yarışların təqvimi üzündən, milli komandaya itirilmiş şanslar daha baha başa gəlir".
Qeyd edək ki, Robert Prosineçki baş məşqçi kimi ilk dəfə Azərbaycan millisində çalışıb. O, 2014-cü ilin dekabrında AFFA ilə bağladığı müqaviləyə əsasən, bu postda 3 ilədək çalışıb.
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu