Milli komanda
Millimiz FİFA reytinqində gerilədi
FİFA dünya ölkələrinin yığma komandalarının yeni reyt…
FİFA dünya ölkələrinin yığma komandalarının yeni reytinq siyahısını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığması bu gün açıqlanan siyahıda bir pillə geriləyib. Komandamız 281 xalla hazırda 118-ci pillədə qərarlaşıb.
İlk onluqda qərarlaşan komandaların mövqeyində ciddi dəyişiklik baş verməyib: 1 (1). Almaniya – 1602; 2 (2). Braziliya – 1483; 3 (3). Portuqaliya – 1358; 4 (4). Argentina – 1348; 5 (5). Belçika – 1325; 6 (6). İspaniya – 1231; 7 (7). Polşa – 1209; 8 (8). İsveçrə – 1190; 9 (9). Fransa – 1183; 10 (10). Çili – 1147.
Qonşu Türkiyə yığması 41-ci pillədə qərarlaşıb. Bir pillə irəliləmiş “ay-ulduzlular”ın hesabında 735 xal var.
Bu ayın ən yaxşı göstəricisi 15 pillə irəliləyərək 174-cü sıraya yüksələn Küveytə məxsusdu. Ən pis göstəriciyə isə Surinam imza atıb – 32 pillə geriləyən bu ölkə 160-cı sıraya düşüb.
Qeyd edək ki, FİFA növbəti reytinq cədvəlini fevralın 15-də açıqlayacaq.