Ölkə futbolu
“Sumqayıt” “Səbail”ə doğma meydanda uduzdu
Topaz Premyer Liqasında mövsümün qalan hissəsinə haz…
Topaz Premyer Liqasında mövsümün qalan hissəsinə hazırlığını davam etdirən “Sumqayıt” və “Səbail” klubları bu gün yoxlama matçında üz-üzə gəliblər.
Futbolinfo.az xəbər verir ki, elita təmsilçiləri Sumqayıtda qarşılaşıblar. Üç qolun qeydə alındığı oyunda qələbəni bakılılar bayram ediblər. Səbail təmsilçisinə qələbə qazandıran qolları Nurlan Novruzovla Vüqar Nadirov vurub. Meydan sahiblərinin təsəlli qolunun müəllifi isə Amil Yunanov olub.
Qeyd edək ki, bu, hər iki komanda üçün Türkiyənin Antalya bölgəsində keçirəcəkləri təlim-məşq toplanışı öncəsi ölkə daxilində son yoxlama matçı idi.
Yoxlama oyunu
18 yanvar
Sumqayıt – Səbail – 1:2
Qol: Amil Yunanov, 53 – Nurlan Novruzov, 22. Vüqar Nadirov, 85.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”