Ölkə futbolu
“Keşlə” “Zirə”yə də qalib gəldi
Mövsümün qalan hissəsinə hazırlığı Bakıda davam …
Mövsümün qalan hissəsinə hazırlığı Bakıda davam etdirən “Keşlə” və “Zirə” klubları bu gün yoxlama oyununda üz-üzə gəliblər.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçiləri arasındakı sınaq matçı İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutub. Üç qolun qeydə alındığı qarşılaşma “Keşlə”nin qələbəsiylə başa çatıb.
Xatırladaq ki, “Keşlə” Bakı toplanışı çərçivəsində daha öncə “Qaradağ Lökbatan” (3:1) və “Neftçi”yə (2:1) də qalib gəlmişdi. “Zirə” isə buna qədər yalnız bir sınaq matçına çıxmışdı ki, həmin oyunda da əvəzedicilərini 4 cavabsız qolla yenmişdi.
Yoxlama oyunu
19 yanvar
“Keşlə” – “Zirə” 2:1
Qol: Sinan Akkoyun, Əlibəy Məmmədli – Riçard Qadze.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı