Dünya futbolu
Robin van Persinin yeni klubu bəlli oldu – RƏSMİ
Türkiyənin “Fənərbaxça” klubu ilə yolları…
Türkiyənin “Fənərbaxça” klubu ilə yollarını ayıran Robin van Persinin yeni iş yeri bəlli olub.
Futbolinfo.az xəbər verir ki, hollandiyalı hücumçu vətəninə dönüb. O, Hollandiyanın “Feyenoord” klubuna transfer olunub. Bu barədə son çempionun rəsmi saytı məlumat yayıb. Hollandiya klubu bu transferi “Evinə xoş gəldin” başlıqlı bir video ilə açıqlayıb.
Məlumatda o da bildirilib ki, 34 yaşlı futbolçu üçün tezliklə imza və rəsmi təqdimat mərasimi təşkil olunacaq.
Qeyd edək ki, Van Persi məhz “Feyenoord”un yetirməsidi. O, 2001-2004-cü illər aralığında məhz bu klubun formasını geyinib. Hollandiyalı forvardı “Fənərbaxça”ya 2015-ci ilin yayında İngiltərənin “Mançester Yunayted” klubundan gəlmişdi. O, Türkiyə klubu ilə çıxdığı 87 oyunda 36 qola imza atıb.