Ölkə futbolu
Neftçinin yeni transferi: “O vaxtdan ləqəbim "Qato”du”
“Neftçi”nin yeni transferi Fransisko Qarsiya klub t…
“Neftçi”nin yeni transferi Fransisko Qarsiya klub televiziyasına müsahibə verib.
Futbolinfo.az xəbər verir ki, 26 yaşlı paraqvaylı yarımmüdafiəçi bunları bildirib:
"Təklif alandan sonra klub haqda məlumat toplamağa başladım. Öyrəndim ki, "Neftçi” köklü və ad-sanlı klubdu. Bu, məni ruhlandırdı. Həmyerlim Derlis Meza Kolli ilə də söhbətləşdim. O, komanda haqda çox yaxşı sözlər dedi. Bundan sonra "Neftçi”yə keçəcəyimə şübhəm qalmadı.
Yeni komandama uyğunlaşmağa çalışıram. Baş məşqçi çox tələbkardı. Bütün böyük klublarda futbolçulardan tələb də böyük olur. Baş məşqçinin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə çalışacağam. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün birlikdə əmək sərf edəcəyik”.
Qarsiya ona verilən “Qato” ləqəbinin tarixçəsindən də danışıb: “Qato” ləqəbini mənə “Serro Portenyo”nun aşağı yaş qruplarında oynayanda fiziki hazırlıq üzrə məşqçimiz verib. "Niyə məhz "Qato?” deyə soruşanda, o mənə gözlərimin pişik gözlərinə bənzədiyini dedi. Buna görə də məni "Qato” deyə çağırmağa başladı. O vaxtdan ləqəbim "Qato”du. Azarkeşlər, futbolçular, ailəm – hamı mənə "Qato” deyir”.
“Hər bir böyük klub kimi "Neftçi”nin də azarkeşləri möhtəşəmdi. Onların ümidlərini doğrultmaq üçün əlimdən gələni edəcəm. Məqsədimiz kuboka sahib çıxmaqla Avropa Liqasına vəsiqə qazanmaqdı. İnanıram ki, qarşıya qoyulan məqsədlərə çata biləcəyik”.
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”
- Müsahibə2024-05-15 08:00
Xvalko qərarını verməyib: “Həmin anda nəsə deməyin xeyri olmayacaqdı”