Ölkə futbolu
“Neftçi” mövsümü boşa verə bilər
“Neftçi” mövsümü boşa vermək təhl…
“Neftçi” mövsümü boşa vermək təhlükəsi ilə üz-üzədi. Hazırlıq dövrü bitmək üzrə olsa da, bakılılar indiyə kimi ciddi transferlə yadda qalmayıb.
“Qəbələ”dən gələn Aqil Məmmədov, "Keşlə"dən götürülən İlkin Qırtımov, "Binə"dən çağırılan Fərid Abbaslı problemli mövqelər üçün transfer edilməyib. Paraqvaylı Fransisko Xavyer Qarsiyanın adı əzəmətli görünsə də, 6 aydı top üzü görməyən, zədəsini sağaldan bu bitbolçunun da hansı durumda olması sual altındadı.
Deməli, “Neftçi”nin xüsusilə hücum bölgəsində ehtiyac duyduğu güclənmə planları reallaşmır. Burada söhbət heç də maliyyə problemində deyil. Sadəcə, klubun əcnəbi transfer siyasəti menecer Kamil Məmmədovun inhisarındadı, baş məşqçi Tərlan Əhmədov isə onun gətirdiklərini bəyənmir. Başqa mencerlərin kluba yolu bağlı olduğundan, Əhmədov Məmmədovun təkliflərindən birini dəyərləndirməyə məcburdu. Lakin indiyədək ölkəmizə düz-əməlli bir futbolçu gətirməyən, həmişə öz qazancını düşünən Kamil bəyin də gözü doymur. Keyfiyyəti yox, daha çox qazanmasını düşünən bu menecer “Neftçi”nin yalnız ondan futbolçu almağa məcbur olduğunu bildiyindən öz işindədi.
Rəhbərlik mütləq olaylata müdaxilə etməli, dostları Kamil Məmmədova təsir edə biləcək rəqabətə şans yaratmalıdılar. Əks halda, bir nəfərin daha çox qazanmasını düşünərək komanda bütün mövsüm boşa verəcək. Mövsümün sonunda isə bu menecer yada da düşməyəcək. O, Daniel Seqoviya kimilərin arxasında gizlənib kompensasiyanı və ondan gələcək faizləri güdəcək.
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”